Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə