Tovuzda iki qardaş dəm qazından boğularaq ölüb

Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb. SİA-nın məlumatına görə, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən, 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb.

Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə