Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə