Ölü zənn edilən gənc qəbiristanlıqda hərəkət etdi

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da böyük dağıntılara və minlərlə insan tələfatına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü düşünülüb. Axtarış-xilasetmə qrupları oğlanın cansız cəsədini şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparıb.

Morqda saxlanılan gənc suriyalı Əhməd əl-Məğribinin ailəsi ilə iki gün sonra əlaqə saxlanılıb. Ailə oğlanın şəxsiyyətini təsdiq etdikdən sonra dəfn etmək üçün qəbiristanlığa aparılıb. O vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi qəbiristanlığa çatanda hər kəsi təəccübləndirib. Gənci yenidən xəstəxanaya aparıblar.

Yerli mətbuatda bildirilirdi ki, ürəyi dayanan adamın yenidən həyata qayıtması çox nadirdir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə