FHN xilasediciləri tapdıqları zinət əşyalarını yerli polisə təhvil verib

Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib. SİA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə