12 yaşlı yeniyetmə itkin düşüb

Bakıda 12 yaşlı yeniyetmə itkin düşüb. SİA xəbər verir ki, bu barədə fevralın 16-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Əli Hacıyev adlı şəxs məlumat verib.

O ərizəsində qeyd edib ki, 2011-ci il təvəllüdlü Ülvi Hacıyevin fevralın 12-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Əli Hacıyev və Ülvi Hacıyev birlikdə yaşayırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə