Masallı sakini bacısının ərinə xəsarət yetirib

Masallı sakini bacısının ərinə xəsarət yetirib. SİA xəbər verir ki, 1979-cu il təvəllüdlü Mahmudov Coşqun Namiq oğlu bacısının əri, Qurbanov Cavid Möhübbət oğlunun yaşadığı evdə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlindəki fincanla qəsdən baş nahiyəsinə vuraraq xəsarətlər yetirib.

Faktla bağlı CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Coşqun Mahmudov şübhəli şəxs qismində tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə