Avtobusda sərnişinin halı pisləşib - BNA

Bu gün saat 18 radələrində “Menloq” MMC-yə məxsus 71 nömrəli müntəzəm marşrut xətti üzrə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edən avtobusda olan sərnişinlərdən birinin halı pisləşib. Bakı Nəqliyyat Agentliyinin SİA-ya verdiyi məlumata görə, sürücü dərhal avtobusu dayandırıb və təcili tibbi yardım çağırıb. Lakin tıxac olduğundan TTY briqadasının əraziyə çatmasında çətinlik olub. Həmin vaxt ərazidən keçən Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Xəqani Abuzərov şəxsi minik avtomobili ilə sərnişini xəstəxanaya çatdıraraq həyatını xilas edib. Hazırda sərnişinin vəziyyəti normaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə