Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə bu gündən başlanılır.

Elm və Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçimi prosesinə isə avqustun 11-də start veriləcək.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə