Azərbaycanda rus dilinə marağın artmasının SƏBƏBLƏRİ BƏLLİ OLDU - EKSPERT ŞƏRH ETDİ

"Ümumiyyətlə, konstitusiya konkret olaraq hər bir respublika vətəndaşından ölkə ərazisində Azərbaycan dilində danışmağı tələb edir. Təbii ki, Azərbaycan Respublikası tolerant bir ölkədir. Azərbaycan ərazisində yaşayan hər bir xalqın dilinə hörmətlə yanaşılır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bu baxımdan dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmayıb: "Amma müvafiq olaraq ictimai yerlərdə Azərbaycan dilində danışılması vacibdir. Hər hansı bir vətəndaş Azərbaycan dilini bildiyi halda, başqa bir dildə danışmağa üstünlük verirsə, o şəxsə qarşı münasibət birmənalı olmayacaq".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Qanun hər zaman dövlətçilik tərəfindədir. Amma həmin şəxsə qarşı birbaşa şiddət göstərilməsi də doğru deyil. Sadəcə o insandan nəzakətlə Azərbaycan dilində danışılması tələb edilə bilər. Həmin şəxs haqsız olsa belə, şiddətə məruz qaldıqdan sonra haqlı çıxır. Azərbaycan Respublikasında hər bir şəxs bərabərhüquqludur. İstər din, istərsə də dil baxımından hər kəs azaddır. Ona görə də insanlar da bir-birinə qarşı hörmətlə, anlayışla yanaşmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə