Regional təhsil idarələrinin fəaliyyət istiqamətləri bəllidir - EKSPERT İZAH ETDİ

"Regional təhsil idarələri ilə bağlı ölkə Başçısı tərəfindən sərəncam imzalanıb. Yaxın tarixdə regional təhsil idarələri fəaliyyətə başlayacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bir neçə region artıq mərkəzləşdirilib: "Bu tədris ili başa çatana qədər tədris idarələrinin tamamilə yaradılması planlaşdırılıb. Növbəti tədris ilində regional təhsil idarələri fəaliyyətə başlayacaq".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Regional təhsil idarələrinin fəaliyyət istiqamətləri bəllidir. Onların fəaliyyəti ilə yanaşı, yerli təhsil şöbələrində də işlər davam etdiriləcək. Sadəcə ümumi proseslərə nəzarət regional təhsil idarələrinin işinin əsasını təşkil edəcək. Bu təhsil idarələrinin işi yerli təhsil şöbələrinə nəzarət, ümumi Təhsil naziri tərəfindən verilən tapşırıqların icra olunması və bu kimi başqa amillərin idarə olunmasından ibarət olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə