Birinci siniflərə qəbul vaxtı niyə dəyişdirildi? - BİLMƏNİZ VACİBDİR - TƏHSİL EKSPERTİ AÇIQLADI
"Birinci siniflərə qəbul prosesi hər il aprel ayının 1-dən başlanılsa da, bu dəfə may ayından başlanıldı. Bu isə müvafiq olaraq onlayn sistem ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, şagirdlərin yerdəyişməsi, müvafiq ərazilər üzrə məktəblərin və siniflərin seçilməsi may ayının 1-dən sentyabr ayının 15-nə qədərki dövrü əhatə edəcək: "Əslində bu məsələdə narahatlıq yaradacaq heç bir şey yoxdur. Çünki bütün təhsil müəssisələri, baxçalar Təhsil Nazirliyinin tabeliyinə verilib".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Bu səbəbdən işlərin artdığını da nəzərə alaraq qeydiyyatla bağlı sistemdə problem yaranmasın deyə may ayının 1-i tarixi əsas götürülüb. Düşünürəm ki, valideynlərə rahatlıqla qeydiyyatdan keçməsi üçün kifayət qədər vaxt verilib".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB