Magistr pilləsində ixtisas dəyişimi düzgündürmü?

“Əvvəllər Azərbaycanda yanaşma belə idi ki, magistr mütləq tələbənin öz ixtisası üzrə davam etdirilməli idi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, hətta xaricdə belə öz ixtisası üzrə deyil, fərqli bir ixtisas üzrə magistratura təhsili almısınızsa bu zaman Azərbaycanda diplomun tanınması belə problemli idi: “Amma yeni qaydaya əsasən xaricdə belə təhsili fərqli bir ixtisas üzrə davam etdirilirməsi bir problem yaratmır, diplom belə artıq rahatlıqla tanınır. Yəni öz ixtisası üzrə deyil də qeyri bir ixtisas üzrə təhsilin davam etdirilməsi heç bir məhdudiyyət yaratmır. Lakin təbii ki, öz ixtisasınız yaxud da ona yaxın bir ixtisas üzrə təhsilin davam etdirilməsi daha məqsədəuyğun olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə