Təhsil müəssisələri bağlanır? - EKSPERT AÇIQLADI

"Təhsillə bağlı qapanmaların olması məsələsi hal-hazırda gündəmdə deyil. Sadəcə olaraq, üçüncü doza peyvəndin olması ilə bağlı orta və ali ixtisas təhsil müəssisələri 18 yaşın üzərində olan şəxslərə tələb var". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, fevral ayının 15-dən etibarən 3-cü doza peyvənd tələbi qüvvəyə minəcək: "Amma ümumi təhsilin qapadılması və yaxud da müvafiq olaraq müəyyən müddətə karantin rejiminin tətbiq olunması ilə bağlı müzakirə yoxdur. Fevral ayının 16-dan etibarən ali və orta ixtisas təhsil müəssisələrində dərslər başlayacaq. Hal-hazırda yalnız orta ümumtəhsil müəssisələrində dərslər keçirilir. Hər hansı bir məktəbdə müvafiq virusa yoluxma faktı varsa, o məktəbin özündə 14 gün karantin elan olunur və distand təhsilə keçirilir. Ona görə də düşünürəm ki, hər hansı qapadılmalara gedilməsi hal-hazırda real deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə