Xarici diplomlar hansı hallarda tanınmır? - AYDINLIQ GƏTİRİLDİ

“Xarici diplomlar əsasən tələbənin təhsil aldığı dil üzrə biliklərinin olmaması, təhsil aldığı ixtisas barədə məlumatsızlığı, iddia etdiyi dövr ərzində xarici pasportunda müvafiq olaraq ölkədən çıxış və giriş tarixlərinin öz əksini tapmaması (əyani və qiyabi təhsil formalarının yoxlanışı zamanı baxılır. Distant təhsil zamanı deyil. Distant zatən tanınmır) zamanı tanınmır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, əgər bu faktlar təsdiq olunursa, diplom tanınır: “Təhsildə Keyfiyyət və Təminat Agentliyi tərəfindən yoxlama aparılır və nəticədə diplom ya tanınır, ya da tanınmır. Belə olan halda vətəndaş müvafiq qaydada məhkəməyə müraciət edə bilər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Bəzən abituriyentlər bu amilləri nəzərə almadan attestatla xarici ölkələrin universitetlərinə qəbul olurlar, amma yekunda diplomları tanınmır. Ona görə də araşdırma apararaq, hansı univeristetlərin diplomları tanınırsa, məhz həmin universitetlərə üz tutmaları məsləhət görülür”.

Hazırda ən çox təhsil üçün üz tutulan universitetlər Türkiyə, Ukrayna, Gürcüstan və Qərbi Avropa ölkələridi. Liderlik qardaş ölkədədir ki, burada 20 mindən çox vətəndaşımız təhsil alır. Təəssüf ki, onların əskəriyyəti bu amilləri nəzərə almadan təhsil ardınca gediblər, yaxşı olar ki, tanınma ilə bağlı məsələləri diqqətə alsınlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...