Orta məktəblərdə qış tətili nə vaxt başlayır? - DİQQƏT! - TƏHSİL EKSPERTİ AÇIQLADI

"Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində tədris ilinin müddəti ilə bağlı qərarı Nazirlər Kabineti verir. Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi qərara əsasən orta məktəblərdə qış tətili günləri 27-31 yanvar tarixlərində müəyyənləşdirilib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladı: "Ona görə də təhsil alanların proqram mövzularını mənimsəməsini təmin etmək üçün, yəni nəzərdə tutulmuş məzmunu şagirdlər tərəfindən mənimsənilməsini gerçəkləşdirmək üçün təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üçün payız tətilində olduğu kimi qış tətilində də qısaltmalar oldu. Bildiyimiz kimi artıq şagirdlər, valideynlər, müəllimlər qış tətilini səbrsizliklə gözləyirlər.

Qış tətili qeyd etdiyim kimi 27-31 yanvar tarixlərini əhatə etməlidir. İbtidai sinif səviyyəsində 27-28 yanvar tarixləri dərs günü hesab olunur. Yəni belə çıxır ki, ibtidai təhsil səviyyəsi üzrə beş günlük rejimlə işləyən ümumtəhsil müəssisələrində 31 yanvar tarixi qış tətili, 6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə 29-31 yanvar tarixləri qış tətilidir. 5-11-ci siniflər üzrə 27, 28 və 31 yanvar tarixləri dərs günü hesab olunur. Ümumi orta təhsil 5-ci və 9-cu və tam orta təhsil 10-cu və 11-ci siniflər üzrə 5 günlük rejimlə işləyən ümumtəhsil müəssisələrində qış tətili olmayacaq. 6 günlük rejimlə işləyən ümumtəhsil müəssisələrində isə 29 yanvar qış tətili olacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...