Son bir ildə təhsil sahəsində hansı yeniliklər baş verib? - ŞƏRH EDİLDİ

“İlk növbədə qeyd edim ki, 2021-ci ildə “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 250 məktəbinin 190 000-dən çox şagirdini əhatə etməsi mühüm hadisəsidir. Belə ki, bu, ötən ilə nisbətən 28 məktəb və 90 min şagird artımı deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə ölkə üzrə 55 rayon və şəhərdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu təşkil olunub: “Bu qruplara 16041 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Bu, ötən ilə nisbətən 5 rayon, 350-ə yaxın qrup və 6835 nəfər uşaq artımı deməkdir”.

“2021-ci ildə baxçaların yenidən Təhsil Nazirıliyinə verilməsi və təhsil işçilərinin əmək haqlarının 20 faiz artmasını mühüm hadisə kimi qeyd edə bilərik”.

“Azərbaycan 2021-ci ilin sentyabrında tədrisi tam şəkildə pandemiya dövründə bərpa etdi ki, dünyada çox az sayda ölkə bunu edə bildi.

Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiyadalarında qazandıqları medalların sayı 2021-ci ildədaha da çox oldu”.

“2021-ci ildə Təhsil Tələbə kredit fondunun fəaliyyətə başlaması və tələbələrə kreditlərin verilməsini xüsusi ilə qeyd etməliyik. Bu addım ali təhsilin əlçatanlılığının artırılmasına mühüm təsir göstərib”.

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Zəfər yolu” devizi altında keçirilən UNEC İqtisadi Forumu 2021-ci ilin əhəmiyyətli hadisələrindəndir”.

“Bakı Ali Neft Məktəbinin qurulmasından 10, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsasənən qoyulmasından 100 il ötməsi də 2021-ci ilə təsadüf edib”.

“Bakı Dövlət Universitetii 2021-ci ildə bir neçə universitetlə 2-li diplom layihəsini tətbiq edib və Dahi Nizami Gəncəvinin anadan olmasının 860 illiyi münasibəti ilə böyük beynəlxalq elmi konfranslar təşkil edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə