Qeyri-iş günlərində salınan imtahanların AQİBƏTİ NECƏ OLACAQ? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Təhsil Nazirliyinin əmrinə əsasən ali və orta ixtisas təhsil müəssisələrində yanvarın ayının 3-dən etibarən semestr imtahanlarına başlanılacaq. Amma bildiyimiz kimi, Nazirlər Kabinetinin verdiyi qərara əsasən yanvar ayının 3-ü və 4-ü də qeyri-iş günüdür. Yəni, rəsmi olaraq iş günü deyil. Bunun da əsaslandırılmasında Təhsil Nazirliyinin İctmaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Cəsarət Valehov bildirdi ki, ali və orta ixtisas təhsil müəssisələrində dərslər gec başladı. Ona görə də tətil vaxtında imtahan sessiyası başlandı. Düşünürəm ki, tələbələrin əlavə tətil etməsi daha məqsədəuyğun ola bilərdi. Fikrimcə, bu qərar doğru deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, qarşıdan həm 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də Yeni il bayramı gəlir: “Vətəndaşların böyük əksəriyyəti rayonlara üz tutacaqlar. Xüsusilə rayonda yaşayan tələbələr üçün bu qərar çətin olacaq. Həmçinin, həmin tələbələr istəyərdilər ki bir qədər də rayonda, yəni öz evlərində vaxt keçirsinlər. Bütün bunlar qərar verilərkən nəzərə alınmalı idi”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Ən azından tələbələr özlərini imtahana hazır hiss edərdilər. Həmçinin, qeyri-iş günləri bitdikdən sonra, yəni yanvar ayının 5-i və 6-dan etibarən də imtahanları başlatmaq olardı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə