Məktəblər yenidən bağlanır - VİRUS TƏHLÜKƏSİ - TƏHSİL EKSPERTİ ŞƏRH ETDİ

“İlk növbədə qeyd edim ki, 29 sentyabrdan etibarən ali təhsil müəssisələrində tədrisin bərpa edilməsi təbii olaraq yolxumaya öz təsirini göstərəcəkdi. Rəqəmlərə baxdıqda görürük ki, heç də ali təhsil müəssisələrində vəziyyət o qədər də təhlükəli deyil. Lakin, təbii olaraq qabaqlayıcı tədbirlər görülməlidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hal-hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və bu günə qədər ali təhsil müəssisələrində yoluxma halı 700 civarındadır: “Yəni, bu böyük bir rəqəm deyil. Bu rəqəmlər bizi onlayn təhsilə keçməyə məcbur etmir. Yəni, hal-hazırda mövcud vəziyyət o qədər də təhlükəli deyil. Orta məktəblərə nisbətən ali təhsil müəssisələrində yoluxma halları o qədər də çox deyil. Çünki, ali təhsil müəssisələrində təhsil individual formada həyata keçirilir. Ali təhsil müəssisələrində yoluxma ona görə təhlükəli deyil ki, burada dərslər fərdi qruplar halında keçirilir. Yəni, bir qrupun digəri ilə əlaqəsi yoxdur. Həmçinin, ali təhsil müəssisələrində tədris həftədə 3 dəfədir”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Etiraf edək ki, bu tendensiyadan tələbələr sui-istifadə edir. Yəni, tələbələrin əksəriyyəti işləyir və onlara da onlayn tədris sərf edir. Çünki, onlayn tədrisdə kamera və mikrafon söndürülür və rahat işlərini görürlər. Amma biz, təhsilin keyfiyyətindən danışırıqsa, onlayn təhsillə bu mümkün deyil. Lakin, mövcud şəraitdə vəziyyət belədir. Tədrisin tamamilə distanda keçirilməsi ilə bağlı gözlənti isə yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə