Şagirdlərin məktəbdə maska taxması vacibdir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Mövcud pandemiya vəziyyətini nəzərə aldıqda bəli qoruyucu maskadan istifadə etmək, həmçinin izolyasiya qaydalarına riayət etmək vacibdir. Biz əgər əyani təhsilin davamlılığını istəyiriksə, tələblərə riayət etməliyik. Şagirdlər məktəbə, auditoyaya (dərs otağına) daxil olarkən mütləq qoruyucu maska taxmalıdılar". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, eyni zamanda bu prosesə təkcə valideynlər deyil, müəllimlər də nəzarət etməlidir: "Nəzərinizə çatdırım ki, bu gündən ölkəmizdə fəsil dəyişkənliyi olacaq. Bu isə mövsümi xəstəliklərin də olacağı anlamını verir. Belə olan halda təkcə COVİD-19-dan və ya onun yeni ştamlarından deyil, eyni zamanda mövsümi xəstəliklərdən də qorunmaq üçün maska taxılması zəruridir. 643333 nəfər şagird, həmçinin 150 min nəfərə yaxın müəllimin dərslərdə müntəzəm iştirakı əlbəttə yoluxma riskinin olması ehtimalını artırır. Bunun qarşısının alınması yalnız mövcud izolyasiya qaydlarına riayət etməkdən keçir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə