Valideyinlərdən Covid-19 pasportu tələb olunacaq? - DİQQƏT - TƏHSİL EKSPERTİ AÇIQLADI
“Pandemiya dövründə tədrisin təşkili qaydalarında qeyd olunur ki, yaşı 18-dən yuxarı olan şəxslər əgər vaksin olunmayıblarsa, tədris prosesində iştirak etməyəcəklər. Amma bu valideynlərlə bağlı deyil. Ümumiyyətlə, hal-hazırda 22 sentyabrda 4400-ə yaxın orta ümumtəhsil məktəbində tədris bərpa ediləcək. Burada şagirdlərin məktəbə getməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, şagirdlərin tədrisdə iştirakı ilə bağlı o halda məhdudiyyət tətbiq ediləcək ki, onun ailə üzvlərindən kimlərinsə koronavirus olma ehtimalı var: “Amma hal-hazırda təhsil sisteminin 90 faizə qədəri vaksin olunub və Azərbaycanda saya görə ən yüksək vaksin olunma faizi təhsil sistemində çalışanlara aiddir. Bu onu deməyə əsas verir ki, hal-hazırda Azərbaycanda şagirdlərin məktəblərə, tələbələrin ali təhsil müəssisələrinə getməsində problem və məhdudiyyət yoxdur”.
“Əgər tədris mərkəzinin işçilərinin bir qismi vaksin olunmayıbsa, bu həmin mərkəzdə tədrisə başlamağa mane olmur. Birmənalı şəkildə qeyd edim ki, heç bir məktəbdə 85 faizdən aşağı vaksin olunmayan yoxdur. Yəni, əksəriyyət vaksin olunub. Bu da tədris prosesinin təşkilində bir maneə olmadığını göstərir”.
Kamran Əsədov sözlərinə belə davam edib: “Bir təhsil müəssisəsinin işçi sayının 80 faizi vaksin olunmalıdır. Əgər, faiz nisbəti 50-60-dırsa əlbəttə ki, həmin tədris müəssisələrində tədris prosesi başlaya bilməz. Bunu hər kəs bilməlidir ki, ənənəvi tədrisə qayıdırıqsa, ən vacib məqam vaksinasiyadır. Bu günə olan rəqəmlər isə bizə xoş xəbərlər verməyə imkan verir. Dərslər 22 və 29 sentabrda tam formada başlanacaq. Əgər kütləvi yoluxma halları müşahidə olunarsa, həmin təhsil müəssisələri qapanmaya keçəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB