Gün ərzində vurulan vaksinlərin SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 300 vaksin vurulub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...