Magistraturada oxumaq istəyənlər diqqətli olsunlar -YENİLİKLƏR BUNLARDIR TƏHSİL EKSPERTİ AÇIQLADI

"Magistratura pilləsi üzrə son illər imtahan proseduru bir qədər asanlaşıb". Bunu SİA-ya açıqlamasında Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Elçin Əfəndi qeyd edib ki, magistratura pilləsi əvvəl iki mərhələdə həyata keçirilirdi: "İlkin mərhələdə məntiq, informatika və xarici dil üzrə keçirilirdi. İkinci mərhələdə isə yalnız ixtisasdan imtahan verirdilər. İndi isə yalnız bir mərhələdə məntiq, informantika, xarici dil üzrə imtahan verilir. Burada maksimal 100 bal təyin olunub və bakalavrlar 100 ballıq şkala üzrə hansı nəticəni əldə ediblərsə, bu nəticəyə uyğun müsabiqədə, yəni ixtisaslaşmada iştirak edirlər. Təbii ki, bakalavrlar ideal nəticə əldə etmək üçün yaxşı olardı ki, magistratura üzrə ixtisaslaşmış kurslara hazırlıq üçün müraciət etsinlər. Təbii ki, fərdi qaydada məntiq və ya informatika müəllimləri ilə çalışmaqlarını məqsədəuyğun hesab edirəm. Bu şəkildə hazırlıq keçərlərsə, əlbəttə ki, nəticələri yaxşı olar. Həmçinin dövlət imtahan mərkəzinin vahid dərs vəsaitlərindən və eyni zamanda test toplularından istifadə etmələrini məqsədəuyğun hesab edirəm".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə