Abituriyentlərin nəzərinə! nəticələr açıqlandı

Bu gün 2015-2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, artıq abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə