"Vətəndaşların təhsildən gözləntiləri böyükdür" - RƏYLƏR

“Ötən tədris ili çox uğurlu oldu. Çünki yeni universitetlər yaradıldı, bir neçə sahələrdə irəliləyişlər oldu. Burada xüsusilə də Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərinin yaradılması yadda qalan məqamlardan oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fariz İsmayılzadə deyib.

Deputat bildirib ki, müəllimlərin sertifikasiya prosesində də çox yaxşı irəliləyişlər əldə olundu: “Bundan başqa doktorantura proqramlarının artırılması çox faydalı olub. Bütövlükdə ölkəmizdə həm tədrisə, həm də tədqiaqata büdcə ayrılmışdır.

Amma yeni tədris ilindən gözləntilərimiz daha çoxdur. Dünən Qarabağ Universitetinddə tibb fakültəsinin açılması da olduqca önəmli haldır. Ümid edirik ki, 2025-2026-cı il tədris ilində də həm keyfiyyyət, həm də kəmiyyətdə mühüm irəliləyişlər olacaq və Azərbaycan universitetləri dünya reytinqlərində yüksək yer tutacaqlar. Ölkəmizdə yeni kadrların hazırlanması üçün yeni ixtisaslar açılacaq. Bu isə birbaşa olaraq bazarın tələblərinə uyğun olan kadr yetişdirilməsinə mühüm təkan verəcək”.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov fikirlərini bölüşüb: “Bu gün Azərbaycan ictimai-siyasi vəziyyəti əsasən təhsilə yönəlib. Yəni, təhsildən gözləntilər və bu sahədə islahatlar məsələsi çox geniş müzakirə olunur. Təhsildən gözləntilərimiz çoxdur, çünki bu elə bir sahədir ki, bütün evlərdə aktual məsələdir.

Azərbaycan təhsilinə dövlətin böyük diqqət və qayğısı var. Hazırda heç zaman olmadığı qədər təhsilə vəsait ayrılır. Eyni zamanda müəllimlərin əməkhaqqısının artırılması, yeni məktəblərin inşası, yeni infrastrukturun yaradılması istiqamətində də dövlətimiz tərəfindən mühüm işlər həyata keçirilir.
Təhsil sahəsində ciddi islahatlar aparılır. Vətəndaşların təhsildən gözləntiləri böyükdür və bu gözləntiləri doğrultmaq üçün ciddi işlər görülür. Birmənalı şəkildə təhsil dövlətin diqqətindədir və bu da təhsildə yeni uğurlara nail olmağa öz töhfəsini verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə