Bu gün ADA Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə VIII ADA Beynəlxalq Təhsil Konfransının açılışı baş tutur. SİA xəbər verir ki, “Formal təhsil hüdudlarından kənar: Sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusunda keçirilən builki konfrans təhsil ekspertləri, akademiklər, dövlət rəsmiləri, müəllimlər, gənc və yüksək vəzifəli diplomatlar və 7-dən çox ölkədən gəlmiş beynəlxalq iştirakçıları və tələbələri bir araya gətirir.
Konfransın əsas məqsədi ənənəvi təhsil modellərindən kənara çıxaraq yeni yanaşmaların müzakirəsidir.
Açılış mərasimində, Elm və Təhsil Nazirliyi və beynəlxalq tərəfdaş qurumlardan qonaqlar çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə