"Universitetlərin bu tələbi absurddur" - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Bəzi universitetlər övladları birinci kursa qəbul olmuş valideynlərlə müqavilə bağlayarkən belə bir şərt irəli sürür ki, birinci kursdan sonra başqa universitetə keçid etmək istəsə, onda həmin şəxs qalan 3 ilin də təhsil haqqını ödəməlidir. Təbii ki, bu tələb absurddur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, tələbə birinci kursdan sonra digər universitetlərə transfer ola bilər: "Transfer proseduru kifayət qədər şəffafdır. Hər bir tələbənin transfer ilə bağlı qaydalar çərçivəsində müraciət etmək, universitetini dəyişmək hüququ var. Bəzi universitetlərin transfer olacağı təqdirdə tələbədən qalan 3 ilin də ödənişini almaq istəməsi mümkün deyil. Əgər belə bir hadisə yaşanıbsa, qanunsuzluq halıdır. Tələbə qaydalara uyğun proseduru həyata keçirirsə, transfer olmağına universitet hər hansı bir şərt qoya bilməz".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə