Həsən Mirzəyevin həyatında Dərələyəz mahalının özünəməxsus rolu olub

"Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Həsən Mirzəyevin 95 illik xatirəsinə həsr olunan mərasim keçirilir. Həsən Mirzəyevin ictimai xadim kimi özünü həyata isbat etmişdir". SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, Həsən Mirzəyev şəxsiyyət, alim, ictimai xadim kimi Azərbaycan cəmiyyətinə öz töhfələrini vermişdir: “Təbii ki, Dərələyəz mahalının bir çox mövzularda özünəməxsus rolu olmuşdur. Bu diyarın vətənpərvərlik dərsləri, Dərələyəzin sərt, bənzərsiz təbiəti Həsən Mirzəyevin ilk həyat məktəbi olmuşdur.
Onun mənsub olduğu şəcərənin rolu da mütləq qeyd olunmalıdır. Azərbaycanın ictimai-siyasi həyatında böyük rol oynayan bu böyük, dahi şəxsiyyət haqqında günlərlə danışmaq olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə