"İşğaldan azad olunmuş ərazilərində sosial infrastruktur formalaşır" DEPUTAT ŞƏRH ETDİ

"İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində tikinti işləri sürətlə aparılır".Bu sözləri SİA- ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, torpaqlarımızın azad olunmasından iki il ötür və bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tikinti meydançasına çevrilmişdir: "2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və pərpasına dövlət büdcəsində 5 milyarda manata yaxın vəsait nəzərdə tutulmuşdur. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə həmin vəsait müxtəlif istiqamətlərdə aparılan tikinti layihələrə hissə- hissə istiqamətləndirir. Beləki, bu qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə avtomoboil yolların tikintisi geniş vüsət almışdır. Dağların altında uzun tunellər çəkilir. Qısa zaman kəsiyində Zəfər yolu tikilərək istifadəyə verildi. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarının tikintisi başa çatmaq üzrədir. 8 ayda Füzuli Beynəlxalq hava Limanı istismara verildi. Zəngilan Hava Limanının tikintisində son tamamlama işləri aparılır, Laçın hava limanının tikintisi davam edir. Zəngilan rayonun Ağalı kəndinə artıq ağalıların qayıdışı və onların işlə təminatı məsələləri artıq həll olunmaq üzrədir. Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər,Füzuli, Ağdam, Xocavənd və Tətər rayonlarının işğaldan azad olunmuş ərazilərində sosial infrastruktur formalaşır və tikinti layihələri davam etdirilir".

Deputat sözlərinə əlavə edərək bildirib ki, Şuşa şəhərinin tikintisi işləri də sürətlə aparılır: "Görülən bütün bu işləri kənardan heç bir kömək olmadan Azərbaycan dövləti öz maliyyə vəsaitləri hesabına icra edir. Ermənilər isə 30 ildə işğal altında saxladıqları ərazilərimizi dağıtmaqla və talamaqla məşğul ollmuş, daşı daş üstünə qoymamışdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə icra olunan işlərin miqyası və keyfiyyəti bu ərazilərin azərbaycanlıların əzəli torpaqları olduğunu bur daha təsdiq edir. Hesab edirəm ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərimizdə yeni yaşayış məntəqələri ərsəyə gələcək və 30 il qaçqın və köçkünlük həyatını yaşamış vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin siyasətinin mərkəzində vərtəndaşlarımızın firavan yaşayışının təmin edilməsi birinci yerdə dayanır. O cümlədən qaçqın və köçkünlərimizidə yaxın zamanlarda öz doğma yurdlarına qaytarmaqla onları da öz doğma yerlərində gözəl yaşayışa qovuşdura biləcəyik".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə