Restoranlarda niyə əlavə servis haqqı tutulur? - HÜQUQŞÜNAS AÇIQLADI
Bir çox restoranlar vətəndaşa əvvəlcədən məlumat vermədən hesaba 10-15% servis haqqı əlavə edilməyə başlayıb. Bu hallar xüsusilə də "Tarqovu" deyilən ərazidə yəni Fəvvarələr Meydanındakı obyektlərdə baş verir. Bəs bu qanunidir? Hansı addımlar atılmalıdır? Bu istehlakçı hüquqlarına zidd deyil? SİA məsələ ilə bağlı hüquqşünas Fariz Əkbərovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçı dedikdə, müəyyən tələbatlarını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən və ya almaq yaxud sifariş vermək niyyətində olan şəxs başa düşülür: "İstehlakçıların hüquq və mənafeləri qanunla qorunur. İstehlakçıların hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən həyata keçirilir".
Hüquqşünas sözlərinə belə davam edib: "İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması, təhlükəsiz istifadə üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İdxal mallar və məhsulların üzərindəki etiketlər (yarlıqlar), istifadə qaydaları başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır. Malların (işlərin, xidmətlərin) qiymətləri yalnız manatla göstərilməlidir. Hər bir restoranda, kafedə istehlakçı menyu ilə tanış edilməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB