"Qlobal siyasətdə borc verənlərin bilavasitə tətbiqi hazırda investorları daha ehtiyatlı davranmağa vadar edir. Buna görə də neftə olan tələbat bir qədər aşağı düşür, çünki real sektor kifayət qədər qidalanmır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, daha çox qızıla yatırılan investisiyalar nəticədə qızılın bahalaşmasına səbəb olur: "Venesuelada baş verən hadisələr isə, düşünürəm ki, dünya iqtisadiyyatını bir qədər də qorxu şəraitinə salır və nəticədə qızıl yenidən ən etibarlı liman olaraq qalır. 2026-cı ildə neft qiymətlərinin kəskin düşəcəyini gözləmirəm, çünki nə Venesuelanın, nə də İranın nefti bazara çıxacaq vəziyyətdə deyil. Xüsusilə də Venesuelada mövcud infrastruktur bərbad vəziyyətdədir.
Bu baxımdan, 2027-ci ildən sonra ABŞ investisiyası Venesuelaya cəlb edilərsə, ölkənin neft hasilatı və qlobal bazarlara ixrac həcmi arta bilər. Yalnız bundan sonra təklifin artması hesabına neft qiymətlərində 7–10 dollar civarında əlavə enişlər mümkün ola bilər. Bu isə, təbii ki, neftdən asılı olan ölkələr üçün arzuolunan hal deyil.
Azərbaycan kimi ölkələr isə indiki vəziyyətdə qeyri-neft sektoruna fokusunu daha da gücləndirməli və bu sahədə daha fərqli idarəçilik sistemlərinin tətbiqinə ehtiyac olduğunu düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB