"Azəristiliktəchizat” 7 qazanxanasının yenidən qurulmasına başlayır

"Azəristiliktəchizat” ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarıın vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İdeal TM” QSC-dir.

Qalib şirkətə 4,44 milyon manat ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə