"İyunun 11-i və 12-də Bakıda, eyni zamanda Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir: "Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Havanın maksimal temperaturu Aran rayonlarında 31-36, dağlıq ərazilərdə isə 17-22 dərəcə isti olacaq".
Müəllif: Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə