Azərbaycanda ötən il siyasi partiyaların 70 %-i auditdən keçməyib

2024-cü ildə Azərbaycanda 50 siyasi partiya məcburi audit subyekti olub. SİA Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə eynidir.

Ötən il auditdən keçmiş siyasi partiyaların sayı isə 25 % azalaraq 15-yə, onların xüsusi çəkisi isə 40 %-dən 30 %-ə düşüb. Başqa sözlə, il ərzində siyasi partiyaların 70 %-i auditdən keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə