"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Avqustun 23-də, saat 11:00-da "Gəncə Cihazqayırma Zavodu" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Gəncə Cihazqayırma Zavodu" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə