Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 946 min ton təşkil edib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsini bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 min ton və yaxud 12,7 % çoxdur.
Məlumata əsasən, yüklərin 48,5 %-ni neft yükləri olub. Dəniz limanları 4 milyon 543,1 min ton həcmində (+3,1) yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 3 milyon 797,9 min tonunu (+7,3 %) və yaxud 83,6 %-ni tranzit yüklər təşkil edib.
Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 ton və yaxud 15 % azdır.
2025-ci ilin 4 ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə danışıb.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 700 nəfər və yaxud 8,1 % azalaraq 7,9 min nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə