DİQQƏT: Bəzi yollar buz bağlayacaq - QURUM RƏSMİSİ AÇIQLADI

"Martın 1-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir." Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimal olunur. "Axşam saatlarında tədricən kəsiləcək. Arabir güclü Şimal-Qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 3° - 5°, gündüz isə 0° - 3° şaxta olacaq. Bəzi yerlər buz bağlayacaq. Bölgələrdə də martın 1-də arabir sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın minimal temperaturu aran rayonlarında gecə saatlarında 0° - 5° şaxta, gündüz 1° - 5° isti, dağlarda gecə 10° - 15°, yüksək dağlıq ərazilərdə isə 16° - 21°, gündüz 2° - 7° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq".

Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə