Yolların bərpası üçün hansı addımlar atılır? - EKSPERT RƏYLƏRİ

“Hələki köhnəlmiş tunellər, körpülər danışıq mövzusu deyil. Şəhərdə tikilən bütün yollar, tunellər və körpülər yenilənib. Sadəcə köhnə körpü “Cavanşir” körpüsü idi, o da söküldü. Ümumi desək Azərbaycanın yol infrasturrukturu yenidir. Bəzi yerlərin təkmilləşdirilməsi və genişləndirilməsi başqa məsələdir. Köhnə tunellər, köprülər gündəm də olan bir məsələ deyil. Hal-hazırda şəhərin bir neçə yerində, əsas da kəsişmə və birləşmələrdə müxtəlif səviyyəli körpülər, tunellərin inşası nəzərdə tutulur. Həmin işlərin artıq layihələri hazırlanır və işlənir. Həmçinin bu layihələr müvafiq qurumlarla və ictimaiyyətlə müzakirə olunur. Bu istiqamətdə yəqin ki, ciddi addımlar atılacaq. Bununla yanaşı cənab Prezidentin göstəriş verdiyi kimi, metroların sayı 2030-cu ilə qədər 10 stansiya artırılacaq. 6 ədəd yaşıl, 4 ədəd isə bənövşəyi xətt üzərində stansiyaların tikintisini yaxın zamanlar da görəcik”. Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev SİA-ya açıqlamasında bildirib.

Həmçinin mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov fikir bildirib. Onun sözlərinə görə, bu məsələləri həll etmək üçün Bakı şəhərində və ətraf ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı 2025-2030-cu illəri əhatə edən dövlət proqramı qəbul olunub: “dövlət proqramında bu məsələlər hamısı təsbit olunub. Yəni bu məsələlər həmin dövlət proqramı əsasında 5 il müddətində aradan qaldırılacaq. Həmin dövlət proqramında görülməli işlər qeyd olunub və bu görülməli işlərin hansı qurumun edəcəyi də orada qeyd olunub. Yəni hər qurum öz üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirsə, əminəm ki, biz bu problemləri həll edə biləcik”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə