İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi auditor seçir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 14 manatdır.
İddiaçılar təkliflərini martın 6-na qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 6-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərini təbliğ etməklə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə