"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib. Bu barədə SİA-ya "Bakı Metropoliteni"nə istinadən xəbər verir.
Məlumata görə, bu vəzifə İnarə Vəliyevaya həvalə edilib.
İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi" tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.
2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib.
2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə