Kriptovalyuta bazarının son göstəriciləri

Fevralın 20-də kriptovalyuta birjalarında "Bitkoin" bahalaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:30-da “CoinMarketCap” platformasında 2.03% bahalaşaraq 97 073 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artımmüşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.01% artaraq 2736.51 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 7.74%, Tether 0,04%, BNB isə 0.11% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə