Azərbaycanda akvakultura və balıq emalında olan çətinliklər müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində akvakultura və balıq emalı sahəsindəki çətinliklər müzakirə edilib. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi ilə görüş keçirib. Görüşdə balıqçılığın inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində dövlət dəstəyi mexanizmləri barədə təkliflər səsləndirilib.

Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə