Naxçıvanın Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Onun digər sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi vəzifənin icrası müvəqqəti olaraq C.Kəngərlinin müavini Tural Abdulzadəyə həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə