Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi balansında olan 7 xidməti minik avtomobilinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 17,5 manatdır.
İddiaçılar təkliflərini martın 6-na qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 6-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Qoruqları İdarəetmə Mərkəzi ölkə Prezidentinin 20 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə