Maliyyə Monitorinqi Xidməti auditor seçib

Maliyyə Monitorinqi Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 5,9 min manat ödəniləcək.

Ötən il də bu sorğunun qalibi "Abacus Audit AND Consulting" olub. Şirkətə 5 min manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə