Bakı-Balakən-Bakı qatarlarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib. ADY-dən SİA-ya bildirilib ki, stansiya və dayanacaqlarda qatarların dayanma müddəti artırılıb.

Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı 22:10-dan 22:00-a dəyişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə