Martın 12-də Bakıda 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu keçiriləcək. SİA bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, tədbir "Maliyyə xidmətlərinin əlçatanlığının artırılması və innovativ maliyyə alətlərinin iqtisadiyyatda tətbiqi", "Dayanaqlı inkişafı təmin edən yaşıl maliyyə və milli ESG standartları", "Qadın sahibkarların maliyyələşdirilməsi", "Kiçik və orta sahibkarlığa dəstək mexanizmləri", “StartUp”lara və İT layihələrə dəstək" və "Maliyyə institutlarının və beynəlxalq strukturların təklif etdiyi maliyyə mexanizmlərindən effektiv istifadə" mövzularını əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə