Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Biləcəri qəsəbəsi, N. Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-də saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə