Naxçıvanda ötən ay vergi orqanlarına 144 müraciət daxil olub

Bu ilin yanvar ayında Naxçıvanda vergi orqanlarına ümumilikdə 144 müraciət daxil olub. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, daxil olmuş müraciətlərin 89,6 faizini ərizələr, 10,4 %-ni şikayətlər təşkil edib. Müraciətlərin 70,8 %-nin baxılması yanvar ayı ərzində başa çatdırılıb, 29,2 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 94,1%-i həll olunub, 4,9 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Ötən ay Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər ümumilikdə 14 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə