İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti - “Azərsığorta” ASC-nin balansında olan 34avtonəqliyyat vasitəsini 3-cü dəfə 25 % endirimlə açıq hərraca çıxarır. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərrac martın 6-da, saat 10:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fevralın 14-də səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə